Azərbaycan XİN Qazaxıstana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

1news Redaksiyası15:01 - 24 / 09 / 2026
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı Qazaxıstana başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında qeyd olunub.

“İtkin düşənlərin təhlükəsiz şəkildə xilas edilməsinə, eyni zamanda, xəsarət alanların tezliklə sağalmasına ümid edirik”, - məlumatda bildirib.

Qeyd edək ki, Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb, itkin düşənlər var.

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər