Dilarə Seyidzadə Masallı və Cəlilabadda gənclərlə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dilarə Seyidzadə Masallı və Cəlilabadda gənclərlə görüşüb - FOTO

17:50 - 14 / 12 / 2019
Dilarə Seyidzadə Masallı və Cəlilabadda gənclərlə görüşüb - FOTO

Dekabrın 13-də Cəlilabad və Masallı rayonlarının Gənclərin İnkişaf və Karyera Mərkəzlərində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü baş  tutmuşdur.

Görüş Heydər Əliyevin abidəsinə ziyarət və Ulu öndərə həsr olunmuş muzey-eskpozisiya zalında gəzinti ilə başlanıb. Gəzinti əsnasında Dilarə Seyidzadə Ulu öndərlə bağlı xatirələrini gənclərlə bölüşüb.

Gənclərin “Dövlətçilik və vətəndaşlıq məsuliyyəti” dedikdə gənclər nə başa düşür?” mövzusunda çıxışlarından sonra söz fəxri qonağa verilib.

Dilarə xanım çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı Azərbaycanın müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətdə yönləndirilmişdi. İqtisadi qüdrətin artırılmasını, hərbi hazırlığa ciddi diqqət yetirilməsini, bu yöndə C. Naxçıvanski adına Hərbi məktəbin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti  xüsusilə qeyd etmək lazımdır. Sadalanan və görülən işləri Ulu Öndər öncədən gördüyü ölkə müstəqilliyi uğrunda edirdi.

Daha sonra fəxri qonaq mərhum prezidentimizin növbəti dəfə hakimiyyətə gəlişi, 1990-cı il 20 yanvar hadisələri baş verən zaman Moskvada çıxışı, ardınca isə Azərbaycana geri dönməsi, Naxçıvana gəlişi və ilk dəfə orada Azərbaycanın üç rəngli bayrağını yüksəltməsi, 1993-cü il Azərbaycanda hakimiyyətə gəlməsi, müstəqilliyin qorunması üçün göstərdiyi səylər, ölkənin  ən ağır günlərində bu cür ağır məsuliyyəti öz üzərinə götürüb Azərbaycanın müstəqilliyini qoruması və apardığı islahatlar barədə danışdı, şəxsən baş verən bütün bu hadisələrin canlı şahidi olduğunu bildirdi.

Dilarə xanım bütün bunların gənc nəsil üçün həm dövlətçilik ənənələrini qavramaq, lazım gəlsə, özünü dövlətçilik  uğrunda fəda vermək, həm də hər birinin boynuna düşən məsuliyyəti anlamaq baxımından bir nümunə olduğunu vurğuladı. Xüsusilə vurğulandı ki,  Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi də gənclərə bir nümunə olmalıdır. Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli və bunun üçün hər zaman inkişafa can atmalıdır. Çünki Ulu Öndər gənclərin hərtərəfli olmasına və bütün sahələrdə azərbaycanlı gənclərin yetişdirilməsinə can atırdı.  Heydər Əliyev bilirdi ki, məhz hərtərəfli inkişaf etmiş gənclər müstəqil Azərbaycanın əsas sütunları olacaq. O, həmişə gənclərə güvənirdi və çıxışlarında hər zaman “gənclər bizim gələcəyimizdir” deyirdi.

“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusu ətrafında geniş çıxış edən birinci dərəcəli  dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə daha sonra auditoriyanın suallarını cavablandırıb. Gəncləri xüsusən də “Ulu Öndərlə işləmiş biri kimi gənclərə nə tövsiyələriniz var”, “Çətinliklə üzləşən zaman bir gənc nə etməlidir”, “Gənclərin karyeralarında, o cümlədən dövlət qulluğunda uğurlu olmaları üçün nələrə diqqət etməli” kimi suallar maraqlandırıb. Dilarə Seyidzadə bu və digər sualları ətraflı cavablandırıb.

Qeyd edək ki, GİKM-in  ölkəmizin şəhər və rayonlarındakı nümayəndəliklərində tez-tez tanınmış ictimai və siyasi xadimlərlə gənclərin görüşləri təşkil edilir. Məqsəd gənclərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini daha da dərindən mənimsəməsi işinə töhfə vermək, onların inkişafı və karyera seçimlərini dəstəkləməkdir.

Paylaş:
792

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər