Gəncədə gücləndirilmiş və genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə gücləndirilmiş və genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib - FOTO

18:27 - 06 / 06 / 2020
Gəncədə gücləndirilmiş və genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib - FOTO

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkənin dörd şəhər və bir rayonunda tədbiq olunan sərt karantin rejimi nəticəsində Gəncənin küçələri sükuta qərq olub.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq aparılan tibbi-profilaktik tədbirlər çərçivəsində Gəncənin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.

Gəncənin əsas küçə və prospektləri su çiləyici avtomobillər vasitəsi ilə xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Gəncə Şəhər Baş Polis İdarəsi də keçirilən genişmiqyaslı dezinfeksiya işlərinə dəstək verib.

Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq həyəta keçirilir və bundan sonra da davam etdiriləcək.

 

Reklam hüququnda

Paylaş:
878

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər