Hikmət Hacıyev: Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır

11:26 - 17 / 09 / 2019
Hikmət Hacıyev: Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır

“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında Azərbaycan Respublikası tərəfindən çox çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda beynəlxalq neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan uğurlu bir enerji strategiyasının və diplomatiyasının əsasınl qoydu.  

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

Şöbə rəhbərinin sözlərinə görə, uzun illər ərzində Azərbaycan neft istehsalçısı olmasına baxmayaraq bu bir çox hallarda bilavasitə Azərbaycan xalqının mənafeyinə xidmət etməmişdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da birbaşa mənfəətini Azərbaycan dövləti, xalqı gördü:

“Biz ötən 25 ilə nəzər salanda bir daha görürük ki,  Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası Azərbaycanın müstəqilliyinin, iqtisadiyyatının inkişafının, çiçəklənmısinin təməli olmaqla yanaşı, beynəlxalq müstəvidə də, regional müstəvidə də enerji təhlükəsizliyinə töhfə verən bir amil olub”.

H.Hacıyev bildirib ki, Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri onun şəffaf və uğurlu bir şəkildə idarə olunması mexanizmidir:

“Bu gün Azərbaycanın enerji strategiyasının vacib bir təməl nöqtəsi var. Bu gün ölkəmiz artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri özünün icrasının son mərhələsinə qədəm qoymaqdadır və ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə məntiqi sonluğuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.

Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Əsrin müqaviləsi imzalanan zaman Azərbaycan etibarlı tərəfdaş olduğunu beynəlxalq tərəf müqabilləri ilə münasibətdə göstərdi”.

P.Sultanova

Paylaş:
445

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər