ru

Cəmiyyət

28 Noyabr saat 10:32

Hikmət Hacıyev və “Qarabağ” futbol komandası Ağdama gedir

Hikmət Hacıyev və “Qarabağ” futbol komandası Ağdama gedir

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası ilə birgə Tərtər və Ağdama səfər edir.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında qeyd edib.

Hikmət Hacıyev bildirib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik. Dağıdılmış ruhlar şəhəri Ağdam soyqrım nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”.

Qafar Ağayev 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur