Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib

16:36 - 28 / 11 / 2020
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib

"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək" İctimai Birliyinin sədri Mariya Pavlovna Hüseynova-Atanasovadan Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan-Bolqarıstan ictimai birliyinin adından Sizi Azərbaycanın Böyük Qələbəsi münasibətilə təbrik edirik. Qarabağ Azərbaycandır!

Cənab Prezident, Siz Azərbaycan xalqının ümummilli lideri, dahi Heydər Əliyevin işini və siyasətini ləyaqətlə davam etdirirsiniz. Sizin adınız tarixə, diplomatiya tarixinə, beynəlxalq münasibətlər tarixinə və hərbi iş tarixinə düşüb. Sizin siyasətiniz sayəsində Azərbaycanda - dünyanın bu gözəl guşəsində müxtəlif millətlərdən olan insanlar, o cümlədən bolqarlar yaşayırlar. Bütün bunlar ona görə mümkündür ki, Azərbaycanda milli azlıqlara münasibətdə tolerantlıq və multikulturalizm siyasəti həyata keçirilir. Azərbaycan xalqının çoxillik tarixi mədəniyyətlər arasında dözümlülük və dialoq ruhunun, həmçinin ölkənizdə yaşayan bu qədər müxtəlif insanlar arasında, onların etnik, mədəni, dil və din mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq ruhunun yaradılması və bərqərar olması üçün mühüm amildir.

2005-ci ildə Azərbaycanda "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına kömək" İctimai Birliyi yaradılıb, bolqar dilində "Akord" adlı beynəlxalq jurnal nəşr edilir. Bu İctimai Birliyin sədri Azərbaycanın qədim tarixə malik Gəncə şəhərində doğulub boya-başa çatmış etnik bolqar qadındır.

On beş il ərzində bu cəmiyyətin fəaliyyətinin və jurnalın nəşrinin əsas missiyası auditoriyanı Azərbaycan ilə Bolqarıstanın qarşılıqlı münasibətlərində baş verən ən mühüm və aktual hadisələr barədə məlumatlandırmaqdır.

Ermənistan tərəfinin törətdiyi təcavüz və terrorizm ilə əlaqədar hərbi əməliyyatlar dövründə sosial şəbəkədə informasiya meydanını ələ keçirmək məqsədilə cəmiyyətin "Instagram" sosial şəbəkəsində "@azerbaijan_bulgaria" rəsmi səhifəsi yaradılıb. Bu səhifədə yerləşdirilən postlarda Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən təcavüzün, terrorizmin və vandalizmin nəticələri barədə məlumatlar əks olunur.

İctimai Birlik Bolqarıstanın Prezidentinə, Baş nazirinə, parlamentinə, Plovdiv və Varna şəhərlərinin rəsmi şəxslərinə, kütləvi informasiya vasitələrinə müraciət göndərib. Həmin müraciətdə Azərbaycanda baş verən real hadisələr, Azərbaycanın dinc əhalisinə qarşı erməni təcavüzü və terrorizmi barədə məlumat verilib. Müraciətdə deyilirdi ki, Azərbaycanda dinc şəraitdə yaşayan bolqarlar Ermənistanın təxribatçı hərəkətlərini və siyasətini qətiyyətlə pisləyirlər.

Noyabrın 10-da Bolqarıstan və Azərbaycan KİV nümayəndələri ilə uğurla təşkil edilmiş "Azərbaycan-Bolqarıstan" telekörpüsü xoş təsadüfdən Azərbaycanın Böyük Qələbə Günü ilə eyni vaxtda düşdü.

Çoxmillətli Azərbaycan xalqı adından Sizə - Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, birinci xanım və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Sizin bütün ailənizə və bütün Azərbaycan xalqına sülh, firavanlıq, xoşbəxtlik, cansağlığı və Azərbaycanın inkişafı naminə uğurlu fəaliyyət arzu edirik".

1news.az

Paylaş:
648

Son xəbərlər

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54
Bütün xəbərlər