Şəmkirdə bazarda yoxlama keçirilib, nöqsanlar aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə bazarda yoxlama keçirilib, nöqsanlar aşkarlandı - FOTO

1news Redaksiyası16:51 - Bu gün
Şəmkirdə bazarda yoxlama keçirilib, nöqsanlar aşkarlandı  - FOTO

Azərbaycan Respublikası Qida  Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib.

AQTA-dan 1news.az-a verilən məlumata görə, bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunub və bazarın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək nəzarətə götürülüb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər