Nobel Ədəbiyyat Mükafatının qalibi açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Nobel Ədəbiyyat Mükafatının qalibi açıqlandı

Oksana Orucova16:48 - Bu gün
Nobel Ədəbiyyat Mükafatının qalibi açıqlandı

Nobel Ədəbiyyat Mükafatının bu ilki qalibi kanadalı şair və esseist Enn Karson seçilib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, İsveç Akademiyasının açıqlamasında mükafatın Karsona “klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və innovativ əsərlərinə” görə verildiyi bildirilib.

Enn Karson bu mükafata layiq görülən ikinci kanadalı yazardır.

Enn Karson kimdir?
1950-ci il iyunun 21-də anadan olan Enn Karson janrların sərhədlərini aşan özünəməxsus yaradıcılıq üslubu ilə tanınır. O, klassik mifologiyanı müasir və postmodern mövzularla birləşdirən əsərləri ilə məşhurdur.

Karson həmçinin tərcüməçi və klassik ədəbiyyat professorudur.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər