Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək

1news Redaksiyası16:27 - Bu gün
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək

Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin ev sahibliyi ilə Türkiyə və Azərbaycanın ortaq mədəni irsini universal musiqi dili vasitəsilə bir araya gətirən “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək.

1news.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun yaydığı məlumata görə, konsertdə Türkiyə və Azərbaycanın tanınmış bəstəkarlarının seçilmiş əsərləri səsləndiriləcək.

Proqramın xüsusi məqamlarından biri C.Yazlarlının L.Bayramoğullarına həsr etdiyi fleyta, fortepiano və zərb alətləri üçün “Fleytanın Səsi” əsərinin dünya premyerasının təqdim olunmasıdır. 

Konsert oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər