Rusiyanın Ukraynada avtobus dayanacağına hücumunda 33 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Ukraynada avtobus dayanacağına hücumunda 33 nəfər ölüb

Oksana Orucova16:44 - Bu gün
Rusiyanın Ukraynada avtobus dayanacağına hücumunda 33 nəfər ölüb

Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə endirdiyi zərbə nəticəsində avtobus dayanacağı və avtobus vurulub.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 33 nəfərin öldüyü bildirilir.

Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin bildirib ki, həlak olanlar sadəcə statistika deyil, Rusiya ordusunun hücumu nəticəsində həyatını itirən insanlardır.

Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisinə ölüm gətirməkdə davam edir.

Rusiya qüvvələri Donetsk vilayətində, o cümlədən Ukrayna müdafiəsinin əsas xəttini təşkil edən və “qala kəməri” adlandırılan şəhərlərə qarşı pilotsuz uçuş aparatları və raket hücumlarını intensivləşdirib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər