Sezen Aksu xəstəxanaya yerləşdirildi
Türkiyənin tanınmış müğənnisi Sezen Aksunun ötən həftə İstanbulun Nişantaşı rayonundakı özəl xəstəxanada bir neçə gün müalicə aldığı və burada biopsiya prosedurundan keçdiyi bildirilib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, sənətçinin səhhəti yaxşıdır. Xəstəxanadakı prosedurlardan sonra evinə buraxılan Aksunun hazırda evində istirahət etdiyi qeyd olunub.
Biopsiyanın hansı səbəbdən aparıldığı ilə bağlı isə rəsmi açıqlama verilməyib. Prosedurun nəticələri barədə də hələlik təsdiqlənmiş məlumat yoxdur.
72












