Mikayıl Cabbarov açıqladı: Koronavirusa görə hansı sahələrə maliyyə yardımı ayrılacaq? – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov açıqladı: Koronavirusa görə hansı sahələrə maliyyə yardımı ayrılacaq? – VİDEO

22:25 - 30 / 03 / 2020
Mikayıl Cabbarov açıqladı: Koronavirusa görə hansı sahələrə maliyyə yardımı ayrılacaq? – VİDEO

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus infeksiyası ilə əlaqədar yaranmış vəziyyətə görə maliyyə yardımı ayrılacaq sahələrdən danışıb.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan Mikayıl Cabbarov 9 proqramın hazırlandığını bildirib:

“Təbii olaraq, ilk növbədə, zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir. Ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərər çəkmiş, minimal və heç zərər çəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib”.

Nazir əlavə edib ki, birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır:

“Proqramın əsas məntiqi fəlsəfəsi həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardımın göstərilməsidir. Burada işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük. Yanvar ayının nəticələrinə görə, orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.

S.Xankişiyeva

 

Paylaş:
1615

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər