Azərbaycanda 8 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 8 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

First News Media15:43 - Bu gün
Azərbaycanda 8 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat olub, proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib.

1news.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 8 ay ərzində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 52,7 milyon manatdan çox olub.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manat olub, proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 682 milyon manatdan çox olub, proqnozdan əlavə 17,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 456,3 milyon manata yaxın olub.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər