Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar

14:06 - 19 / 09 / 2019
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

1news.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edən politoloq münaqişə ilə bağlı cərəyan edən son proseslərlə bağlı fikirlərini bölüşüb. Onun tədbirdə söylədiklərini tezis şəklində təqdim edirik:

1. Rəsmi Yerevan Dağlıq Qarabağın Azərbaycandankənar ola bilməyəcəyi ilə razılaşdığını etiraf etdi.

“Tənzimlənmə prosesi uzun müddət getdiyi üçün nəticədə həll yolu ola biləcək çoxsaylı parametrlər formalaşıb. Bizim məqsədimiz onları tutuşdurmaq və mütənasiblik əldə etməkdir. Heç bir tərəf maksimalist yanaşmanı rəhbər tuta bilməz”.  Ermənistanın Xİ naziri Z.Mnasakanyanın Xankəndi/Stepanakertdə olarkən verdiyi bu bəyanatın sensasiya tərəfi
ilə yanaşı, onun verildiyi ərazidə kifayət qədər təsirlidir. Erməni tərəfinin maksimal tələbi “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” ideyasıdır. İndi Z.Mnasakanyan etiraf edir ki, rəsmi Yerevan “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” ideyasını rəhbər
tuta bilməz. Bu kifayət qədər ciddi etirafdır. ATƏT MQ-nin artıq N.Paşinyan və Z.Mnasakanyanı da yola gətirdiyinin göstəricisi kimi başa düşülə bilər.

Ermənistan Dağlıq Qarabağın müstəqil olmayacağını etiraf edirsə və bununla rahat razılaşıbsa bu artıq Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmada tamamilə yeni bir keyfiyyət mərhələsi yaradır. Əgər ermənilərin məqsədi Azərbaycana ağrı yaratmaqdısa bu, ayrı məsələdir;  Dağlıq Qarabağın statusunun müəyyən olunması uzun müddət asılı vəziyyətdə qalacaq və ermənilər məhz Azərbaycandan kənarda qalması mümkün olmayan Dağlıq Qarabağın Azərbaycana qayıda bilməməsindən ləzzət alacaqlar. Xəstə təfəkkürlü adamlar Ermənistanda çoxdur. Yox, əgər həqiqətən Ermənistan regional əməkdaşlığa can atırsa, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə bu artıq tamamilə yeni bir keyfiyyət fazasıdır. Bu halda
Ermənistan başa düşməlidir ki, Dağlıq Qarabağ müstəqil ola bilmirsə, Ermənistana birləşdirə bilmirsə, Ermənistanın Azərbaycanla tam səmimi əməkdaşlığına imkan verən tənzimlənmə variantına getməlidir. Bu artıq indiki reallıqda ermənilərin kimliyini ortalığa qoyacaq məsələdir.
Azərbaycan hadisələrin belə gedişinə hazırdır. Ermənistanla iqtisadi əməkdaşlıq təkcə Ermənistan üçün deyil, Azərbaycanın özü üçün də çox faydalıdır. Biz investisiyamızı qoymağa əlavə bir ərazi əldə etmiş olacağıq. Ermənistan isə özü üçün hal-hazırda həyati əhəmiyyətə malik investisiyanı əldə etmiş olacaq. Beləliklə regionda sabitlik və çiçəklənmək yeni stimul əldə edəcək.

Paşinyan hökumətinin bu yanaşmadan geri çəkilmək imkanı yoxdur; Paşinyan komandası onu yubada bilər. Tezləşdirsə ölkənin qarşısında duran problemlərin həllində əlavə dəstək əldə edəcək. Hazırda bəzi məsələlər Ermənistanda Qarabağ problemindən daha təhlükəlidir.

2. Dağlıq Qarabağ erməniləri ilə Ermənistan arasında yalnız bir məsələdə mövqe üst-üstə düşür.

Qondarma qurumun xarici işlər naziri Masis Mailyan Ermənistanla yalnız Dağlıq Qarabağ danışıqlar stoluna cəlb olunması ilə bağlı mövqeyinin üst-üstə düşdüyünü bildirdi. M.Mailyan danışığını bilən adamdır, özü və bir qrup erməni onu diplomat hesab edir. İstifadə etdiyi bu ifadənin müəyyən çəkisi var. Ermənistanın Xİ naziri Z.Mnasakanyan isə Ermənistanla Dağlıq Qarabağ arasında ciddi fikir ayrılığının olmadığını bildirdi. Z.Mnasakanyan M.Mailyanla birlikdə Xankəndi/Stepanakertdə keçirdiyi mətbuat konfransında tənzimlənmə üzrə danışıqların aparıldığı müddət ərzində çoxlu parametrlərin toplandığını və bu parametrlərin indi hal-hazırda tutuşdurularaq orta məxrəcə gətirilməsi işinin aparıldığını bildirdi. ATƏT MQ
həmsədrləri tənzimlənmə stolunda olan variant barədə bir neçə dəfə rəsmi məlumat yayıblar. Bu, ATƏT MQ həmsədr ölkə prezidentlərinin 2009-cu il İtaliyanın Akvil şəhərində G-8 sammiti zamanı qəbul etdikləri “Madrid Prinsipləri”nin yenilənmiş variantı və yaxud “Yenilənmiş Madrid Prinsipləri”dir. “Yenilənmiş Madrid Prinsipləri”nə görə regionda heç bir yeni dövlət yaranmır, bu sənəd üzrə tənzimlənmə prosesi baş verdikdən sonra regionda iqtisadi inkişafa şərait yaranır, regional təhlükəsizlikvə sabitlik daha da güclənir.

Bu sənədin birinci maddəsinə görə Dağlıq Qarabağ ətrafındakı bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Bu sənədi dünya erməniləri qəbul etmirlər. Yalnız rəsmi Yerevan qəbul edir. Masis Mailyan bir daha Dağlıq Qarabağın həmin sənədi qəbul etməmək mövqeyini təsdiq etdi.

Ermənistanla Dağlıq Qarabağın arasındakı fikir ayrılıqları indi daha kəskin şəkildə üzdədir. Çünki Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar. N.Paşinyana qədər isə Yerevanda Qarabağ klanı hakimiyyətdə idi. Dağlıq Qarabağın nəyə inanıb-inanmaması və yaxud
Dağlıq Qarabağla Ermənistan arasındakı fikir ayrılıqlarının 50 maddə və yaxud 100 maddədən ibarət olması məsələnin mahiyyətini dəyişmir.

Ermənistanın özünün Dağlıq Qarabağ tənzimlənməsində tərəf statusunu itirmək ehtimalı daha böyükdür, nəinki Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə tərəf kimi qoşulması. Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə tərəf kimi qoşula bilərlər. Bunun qaydası var:
Hökmən Dağlıq Qarabağ azərbaycanlıları da danışıqlar prosesinə tərəf kimi qoşulmalıdır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
916

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər