Bakıda evdən 15 min manatlıq oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən 15 min manatlıq oğurluq olub

13:32 - Bu gün
Bakıda evdən 15 min manatlıq oğurluq olub

Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

1news.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər