“Cəfər Cabbarlı-Xətai” istiqamətində qatarların intervalı 5 dəqiqə azaldıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cəfər Cabbarlı-Xətai” istiqamətində qatarların intervalı 5 dəqiqə azaldıldı

1news Redaksiyası17:46 - 20 / 10 / 2025
“Cəfər Cabbarlı-Xətai” istiqamətində qatarların intervalı 5 dəqiqə azaldıldı

Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.

1news.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.

Paylaş:
538

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər