Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədrinə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədrinə məktub ünvanlayıb

14:19 - 30 / 10 / 2020
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədrinə məktub ünvanlayıb

Cari il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və Senatın Sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət etmişdi.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari il oktyabrın 28-də isə bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

Milli Məclisin Sədri məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan Parlamentinin belə bir qətmanə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb.

Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Pakistan İslam Respublikası ilə mövcud sıx əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Bildirilib ki, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi xalqlarımız arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edəcəkdir. Pakistan İslam Respublikası xalqımızı narahat edən məsələlərdə daimi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu mənada, 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə bağlı qardaş Pakistanın ortaya qoyduğu qətiyyətli mövqe xüsusi vurğulana bilər. Pakistan Milli Assambleyasının qəbul etdiyi sonuncu qətnamə də Azərbaycan Respublikasının erməni təcavüzünə qarşı həyata keçirdiyi və ərazi bütövlüyünün bərpa edilməsinə yönəlmiş əks-hücum əməliyyatına mühüm bir dəstəkdir.

"Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə məktubda qeyd olunur.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər