Sahibkarlar “Mən bunu bilsəydim” deyərək öz təcrübələrini bölüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibkarlar “Mən bunu bilsəydim” deyərək öz təcrübələrini bölüşüb – FOTO

16:36 - 20 / 11 / 2019
Sahibkarlar “Mən bunu bilsəydim” deyərək öz təcrübələrini bölüşüb – FOTO

“Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfdaşlığı və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatı dəstəyi ilə 4 sahibkarın panel müzakirələrində çıxış etdiyi “Mən bunu bilsəydim” adlı tədbir yekunlaşıb.

1news.az-ın verdiyi xəbərə görə, 100-ə yaxın gənc, sahibkar və qurum nümayəndələrinin qatıldığı panel müzakirələrində uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Energie Mondiale” şirkətinin təsisçisi və direktoru Elvin Mahmudov, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İstehlakçıları Assosiasiyası”nın sədr müavini, xanım sahibkar Jalə Əmirbəyova, Aqrarkredit QSC Bank, İdarə Heyəti Sədrinin baş məsləhətçisi Turhan Poyraz və Antaris şirkətinin CEO-u Balağa Cəfərov fərqli mövzularda öz bilik və təcrübələrini bölüşüb.

Moderatorluğunu Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımovun etdiyi panel çıxışlarından sonra iştirakçıların spikerlərə biznes və təşəbbüskarlıqla bağlı ünvanlanan sualları diqqəti cəlb edib. Həmçinin tədbir həm iş adamları həm də gənclər üçün böyük şəbəkələşmə imkanları yaradıb.

Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” 2008-ci ildə təsis edilib və artıq dünyanın 160 ölkəsini əhatə edir və ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. "Mən bunu bilsəydim" adlı tədbir Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində keçiriləcəkdir.

S.Xankişiyeva

 

Paylaş:
1106

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər