ru

Azərbaycan futbolu

18 Noyabr saat 16:26

“Səbail” məktəblilər üçün futbol turniri keçirdi – FOTO

“Səbail” məktəblilər üçün futbol turniri keçirdi – FOTO

“Səbail” futbol klubu öz gənc azarkeşləri, “səbailçilər” üçün əsl futbol bayramını təşkil etdi.

1news.az-ın verdiyi xəbərə görə, futbol turniri 16 noyabr tarixində, “Səbail”in doğma stadionu olan “ASCO Arena”nın meydançasında baş tutdu. Turnirdə Səbail rayonunun ərazisində yerləşən 6 orta məktəb iştirak etdi. Turnirdə iştirak edən gənc futbolçular 190, 203, 236, 162, 163 və 51 saylı orta məktəblərin şagirdləridir. Turnir iştirakçıları iki qrupa bölündü və hər qrupda 3 məktəb oynadı. 51 saylı məktəb çempionatın final mərhələsində öz rəqibləri üzərində qələbə qazanaraq, “Səbail” futbol kubokunun sahibi oldular. İkinci yerin qalibi 236 nömrəli məktəb oldu, üçüncü yeri isə 203 nömrəli məktəb qazandı.

Peşəkarlar, məşqçilər və “skautlar” gənc və istedadlı uşaqların “Səbail” peşəkar futbol akademiyasının təlimlərində iştirak imkanını qazanması üçün onların oyununu çox diqqətlə izlədilər. Qeyd edək ki, qaliblər əvvəl U-9, daha sonra isə U-10 komandasının əsas heyətində oynamaq imkanı əldə edəcəklər.

Peşəkar futbol akademiyasının direktoru Yan Yap Şmaal uşaqlara müraciət edərək bunları qeyd etdi: “İndi hər birinizin öz bacarıqlarını və istedadlarını nümayiş etdirmək imkanı var”. “Səbail” futbol klubunun icraçı direktoru Ramin Həsənov isə bunları qeyd etdi: “Bizim klub, öz qapılarını klubun bütün gənc azarkeşlərinin üzünə açmağa həmişə şaddır”.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur