SELHOME: Müştərilərimiz üçün bütün imkanları yaratdıq ki, məhsullarımızı evdən çıxmadan ala bilsinlər - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

SELHOME: Müştərilərimiz üçün bütün imkanları yaratdıq ki, məhsullarımızı evdən çıxmadan ala bilsinlər - FOTO - VİDEO

14:00 - 06 / 07 / 2020
SELHOME: Müştərilərimiz üçün bütün imkanları yaratdıq ki, məhsullarımızı evdən çıxmadan ala bilsinlər - FOTO - VİDEO

Azərbaycanın ev dekorasiyası və tekstil sahəsində özünəməxsus dizaynı ilə tanınan yerlı brendlərdən biri də Selhome-dir. 2011 ildə yaradılan, dünya trendlərini və milli dizaynını yüksək qiymətləndirən Selhome sizə milli ornamentlərlə və yeni estetika ile evinizə rahatlıq və yaxınlıq gətirən, mətbəx ləvazımatlarından, yataq dəstlərinə qədər geniş məhsullar təklif edir.

Selhome-nin yaranma tarixi, Azərbaycanın ev dekorasiyası sahəsində yeri, pandemiya dövründə fəaliyyəti, gələcək planları barədə məlumat almaq üçün brendin yaradıcısı və kreativ direktoru Selcan Aliyeva ilə söhbətləşdik.

- Selhome brendini yaratmaq fikrinə necə gəldiniz?

- Mən və ailəm səyyahət etməyi çox sevirik. Başqa ölkələrə səyahət edərkən hər zaman müşahidə edirdim ki onların evləri ğözəl və dəbli olur, əlbəttə ki bu orda olan ev dekor mağazalarının geniş çeşidlərinin sayəsində olurdu. Bunları görərkən bir arzu yarandı qəlbimdə.

Hələ 10 il bundan əvvəl Azərbaycanda olan ev ab-havasına yenilik gətirib, dünya trendləri və milli dəyərlərimizlə ilhamlanaraq kolleksiyalar yaratmaq arzusunda idim. Xalqımıza ev dəbini aşılamaq və hər büdcəyə uyğun zövqlü ev əşyalarını təqdim etmək üçün uzun yol qət etmişəm. Bu fikirə 2009-cu il-də başladım və iki il ərzində çətinliklərlə ilk kolleksiyalarımızı yaratdıq və beləliklə 2011-ci ildə ilk Selhome magazamızı müştərilərimizə təqdim etdik.

Bu gün artıq 5 mağaza ilə yüksək səviyyədə müştərilərimizə xidmət göstəririk. Üzümüzə gələn 2021-ci ildə Selhome 10 illik fəaliyyətini qeyd edəcək və bu çox qürurvericidir. Çünki Selhome olaraq bizim də cəmiyətimizə öz qatqımız oldu.

- Brendinizi yaradarkən hansı çətinliklərlə rastlaşmısınız?
- İlk zamanlar təbii ki bəzi çətinliklərlə rastlaşdım. Lakin buna baxmayaraq içimdəki o arzu və inam səngimirdi. Ruhdan düşməməyimi məhz bu arzuma və mənə hər zaman inanan, dəstək olan ailəmə borcluyam. Başlanğıcda, hələ ideya təzə yarananda körpəm təzə dünyaya gəlmişdi, mən isə istehsalat üçün dünya fabrikalarının axtarışına çıxmışdım. Mənim üçün çox vacib idi ki istehsal olunacaq məhsullar həm yüksək keyfiyyətli, həm də hər kəsə münasib qiymətlərə olsun. İlk günlərdən artıq mənim üçün müştəri məmnuniyyəti vacib olub.
Deyirər ki, “Arzun nəqədər böyükdürsə, çətinliklərin də elə bir o qədər böyük olacaq. Lakin ruhdan düşməsən və arzuna inansan – ona nail olacaqsan”. Mən bu ifadə ilə tam razıyam, çünkü bunu öz həyat təcrübəmdə gördüm və bir daha əmin oldum ki, əgər biz cətinliklərə təslim olmasaq hər şey uğurla alınacaq. Qarşımdakı hər bir bağlı qapıya mən həmişə açıq qapı kimi baxmışam, qərarlarımda iradə və səbir ilə irəli qetmişəm. Bu gün dönüb 9 il arxaya baxarkən bir daha əmin oluram ki, biz Azərbaycanda olan ev ab-havasına dəyişiklik qatmağı bacardıq. Öz dəsti-xəttimizi unikal məhsullar istehsalı, yüksək keyfiyyət və mükəmməl xidmət sahəsində yerli brendlər arasında liderliyimizi qoruyub bu günədək saxlamışıq.

- Məhsul çeşidləriniz hansılardır və kolleksiyanızı yaradarkən nələrə fikir verirsiniz?

- Müasir tendensiyaları  və milli-mədəni irsimizin zənginliyini əks etdirən kolleksiyalar yaradırıq. Selhome bir Azerbaycan brendi kimi hər zaman özünə məxsus xüsusi məhsullar təqdim edir.

Azərbaycan mədəniyyətindən ilhamlanaraq bir neçə kolleksiya həyata keçirtmişik: miniatürlərdən ilhamlanıb Nizami Gəncəvinin poemasından “Xosrov və Şirin” adlı kolleksiya yaratdıq, eyni zamanda Məşədi İbad, Qayınana, Gülnaz və Çayçı kimi milli obrazlarla kolleksiya yaradıldı.

Bundan əlavə, yemək dəstlərində və tekstildə əks olunan “Kəlağayı” kolleksiyası və həmcinin uşaq kolleksiyamızda “Cırtdan” və “Tık-Tık xanım” kimi tanınmış uşaq personajları ilə kolleksiyaları görə bilərsiniz.  Beləliklə, Selhome brendinin əsas mesajı son tendensiyaları unutmadan, milli mədəniyyətimizin elementlərini Azərbaycanda və dünyada tanıtmaqdır. Məzh buna görə  Selhome brendinin sloqanı: Zövqlü, Milli, Sərfəli-dir.

- Hal-hazırkı vəziyyətdə işlərinizi necə yönəldirsiniz?
- Ətrafımızda pandemiya ilə bağlı karantin rejimi hər kəsə öz təsirini göstərib. Lakin çox şadam ki, mən və bütün komandamın marağında müştəri məmnuniyyəti və yuksək xidmətdir. Bu səbəbdən yaranmış vəziyyətə tez uyğunlaşıb, onlayn xidmətimizi yeni bir mərhələyə qaldırdıq, müştərilərimiz evlərini tərk etmədən istədiyi məhsulu sifariş edir və ən qısa zamanda çatdırılma ilə məhsul təhvil verilir.

- Onlayn xidmətinizi inkişaf etdirib böyütməyi düşünürsünüzmü?

- Bundan öncə də qeyd etdiyim kimi, Selhome komandası olaraq biz yeniliklərə açığıq və hər vəziyyətə tez uyğunlaşırıq. Bu keyfiyyətimiz sayəsində bir çox uğurlara nail olmuşuq.
Son vaxtlar müşahidə edirik ki, həm dünya üzrə, həm də Azərbaycanda onlayn alış-verış istifadəçilərinin sayı artıb. İnanırıq ki Azərbaycanda daha yaxşı nəticələrə nail olacayıq. Əlbəttə ki, karantin rejimi buna səbəb oldu, çünki insanlar məhsulu onlayn eldə etməkdən çox çəkinirdilər, indi isə şəxsi təcrübələrindən görürlər ki, bu daha rahatdı və öz vaxtlarına qənaət edirlər beləliklə. Selhome müştəriləri üçün evdən çıxmadan, öz sağlamlıqlarını təhlükəyə atmadan, evlərinin bütün ehtiyaclarını onlayn şəkildə sıfariş etmək imkanlarını yaratdı. Bununla yanaşı müştərilər üçün daimi xüsusi təkliflər edirik və hətta loyallıq proqramı hazırlamışıq və yaxın zamanda istifadəcilərimizə təqdim edəcəyik.

- Selhome olaraq özünüzü necə görürsünüz?

- Selhome olaraq yerli brendlərdən biri kimi hər zaman lider yerimizi qorumuşuq və özəl kolleksiyalarımızla həmişə fərqlənmişik. Bununla yanaşı bizim üçün müştəri məmnuniyyəti hər zaman vacib olub və bu səbəbdən müştəri məmnuniyyətini həmişə işimizin mərkəzində tutmuşuq. 
Məqsədimiz Azərbaycana xidmət etmək və milli dəyərlərimizi dünyaya tanıtmaqdır. Xalqımıza, Azərbaycana aid, milli və geniş məhsulların çeşidlərinə sahib: yataq otağından hamam otağınadək, yemək dəstindən tekstilədək və s. büdcələrinə uyğun məhsullar təqdim etməkdir.
Biz sevgi və milli ruhda böyüyən bir brendik və bunu edərkən dünya trendlərindən ilham almışıq.
Məksədimiz müştərilərə hərtərəfli xidmət göstərərək onlayn alış-verış və çatdırılma xidmətini dünya səviyyəsinə çıxartmaq və müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərərək onların ev ehtiyaclarını ödəməkdir.

Facebook:  https://www.facebook.com/selhome/  
İnstagram:  https://www.instagram.com/zelhome/?hl=ru  
Pinterest:   https://www.pinterest.com/selhome1/

Dəstək xidməti üçün əlaqə:

+994 50 720 39 89 / +994 55 928 64 58

Reklam hüququnda

 

Paylaş:
2309

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər