YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

1news Redaksiyası15:41 - Bu gün
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsində deyib.

Nizami Səfərov bildirib ki, hazrıda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitdikdə partiyanın sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: "Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq".

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər