Binəqədi şosesində sıxlığın aradan qaldılması üçün daha bir YENİLİK - FOTO
Binəqədi qəsəbəsi istiqamətində nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində düzünə hərəkət zolaqlarının sayı artırılıb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti layihə həyata keçirilib.
Qeyd olunub ki, sözügedən kəsişmədə aparılan xətlənmə işləri nəticəsində yeni düzünə hərəkət zolağı təşkil edilib.
Əvvəllər kəsişmədə düzünə hərəkət yalnız bir zolaqla mümkün olduğu halda, dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini iki zolaqla davam etdirə bilirlər.
AYNA-nın məlumatına görə, layihə nəticəsində kəsişmənin buraxıcılıq qabiliyyəti artırılıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti üçün şərait yaradılıb.












