Sevinc Fətəliyeva: Heç kim dövlətimizlə diqtə dilində danışa bilməz! | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Heç kim dövlətimizlə diqtə dilində danışa bilməz!

17:18 - 06 / 06 / 2020
Sevinc Fətəliyeva: Heç kim dövlətimizlə diqtə dilində danışa bilməz!

“Bu gün Azərbaycan dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində  dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər mühüm yer tutur. O cümlədən, ölkəmiz beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq əlaqələri həyata keçirir”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, dünyada söz sahibi olan dövlətə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli   enerji, eləcə də, nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı və beynəlxalq miqyasda artan nüfuzu erməni lobbisini, antiazərbaycançı mərkəzləri ciddi şəkildə narahat edir.

“Ona görə də, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün qarayaxma kampaniyası aparırlar. “Antiazərbaycançı mərkəzlər, erməni lobbisi bu məsələdə Avropa Şurasının da “imkanlarından” istifadə edir. Ötən dövr ərzində ölkəmizə qarşı Avropa Şurasının bəzi rəsmi şəxslərinin qərəzli bəyanatları, qurumun Parlament Assambleyasının qəbul etdiyi qeyri-obyektiv sənədlər də bunu təsdiqləyir. Eyni zamanda, bir müddət öncə işğalçı Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil etdiyi qanunsuz “seçkilərə” təşkilatın münasibət bildirməməsi də bir daha Avropa Şurasında ölkəmizə qarşı ikili standartların olduğunu göstərir. Məsələ ilə bağlı Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edən  Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, “Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, AŞPA Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir””.

Sevinc Fətəliyeva xatırladıb ki, dövlət başçısının qeyd etdiyi kimi, Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır.

“Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımayıb. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pislədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır”.

“Amma Avropa Şurası tərəfindən bu “seçki şousuna” heç bir münasibət bildirilmədi. Cənab Prezidentin söylədiyi kimi, Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxartmadığı təqdirdə bu təşkilatda obyektivlikdən, ədalətdən söhbət gedə bilməz. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var”- deyən millət vəkilinin sözlərinə görə, təşkilatın bır sıra ölkələrdə insan haqlarının pozulmasına, nümayişçilərə güc tətbiq edilməsinə, polis zorakılığına göz yumması onun ikili standartlarından xəbər verir.

“Belə bir halda, qurumun  Azərbaycan haqqında qəbul etdiyi qərəzli sənədlərin heç bir əhəmiyyəti yoxdur. Bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, heç kim dövlətimizlə diqtə dilində danışa bilməz!”- deyə, Sevinc Fətəliyeva vurğulayıb.

1news.az

 

 

Paylaş:
1122

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər