Gümrü–Moskva reysində həyəcan siqnalı: Təyyarə Mahaçqalaya endi | 1news.az | Xəbərlər
Dünya

Gümrü–Moskva reysində həyəcan siqnalı: Təyyarə Mahaçqalaya endi

First News Media14:18 - Bu gün
Gümrü–Moskva reysində həyəcan siqnalı: Təyyarə Mahaçqalaya endi

Gümrü–Moskva marşrutu üzrə uçan sərnişin təyyarəsi Mahaçqala hava limanına məcburi eniş edib.

1news.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, “Boeing 737” tipli hava gəmisi uçuş zamanı həyəcan siqnalı verib. “Kommersant” nəşrinin “Flightradar” xidmətinə istinadən yaydığı xəbərdə bildirilir ki, təyyarə eniş proseduruna başlayıb və daha sonra Mahaçqala hava limanına yönləndirilib.

Onlayn tablo məlumatlarına əsasən, reys təhlükəsizlik məqsədilə marşrutunu dəyişərək sözügedən hava limanına eniş edib.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər