Vüqar Rəhimzadə: Bu, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir real nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Bu, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir real nümunəsidir

12:19 - 29 / 05 / 2020
Vüqar Rəhimzadə: Bu, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir real nümunəsidir

“İstər keçən il ərzində, istərsə də cari ilin ötən dövründə həyata keçirilən təkmil islahatlar Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Hazırda dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi  bir dönəmdə dövlətimizin başçısı cənab İlham Əliyevin COVID-19-un iqtisadi və sosial fəsadlarının aradan qaldırılması məqsədilə imzaladığı Sərəncama uyğun olaraq dörd sektoru və 20 fəaliyyət sahəsini əhatə edən Tədbirlər Planının uğurlu icrası Azərbaycanın inkişaf modelinin beynəlxalq aləmdə təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günündən bu çağırışı etdi ki heç bir sosial layihə təxirə salınmayacaq. Bugünümüzün həqiqətləri bir daha bu çağırışın real həyatda öz əksini tapdığını təsdiqlədi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında bildirib.

 V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır: “Sosial siyasətin əsas istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsidir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində qarşıdakı dövr üçün prioritetləri açıqlayarkən bəyan etmişdi ki, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin miqyası genişliyi ilə diqqət çəkir. Belə ki, müasir infrastrukturlara malik olan yeni qəsəbələr salındı, 2007-ci ildə ölkəmizdə sonuncu çadır şəhərciyi ləğv olundu. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə  dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ümumilikdə  2004-2019-cu illərdə 75  Fərman və Sərəncam imzalanıb,  Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün  mənzil-məişət şəraiti  yaxşılaşdırılıb. Məcburi köçkünlərin kompakt məskunlaşdıqları yerlərdə, ictimai binalarda kommunal xidmətlərin təşkilinin yaxşılaşdırılması barədə Prezident Fərmanı da diqqətçəkəndir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Sərəncama uyğun olaraq bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə ayrılan vəsaitlər onlara göstərilən  diqqət və qayğının göstəricilərindəndir. Məcburi köçkünlərin sosial təminatı yaxşılaşır, onlara verilən müavinətin həcmi 50 faiz artmışdır. Möhtərəm Prezidentimiz məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin  açılış mərasimində bildirmişdir ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət numunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər”.

“Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritetdir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park -3" yaşayış kompleksinin açılışı da bu diqqət və qayğının tərkib hissəsidir. Yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2" yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mehriban xanım Əliyeva hər zaman qaçqın və  məcburi köçkünlərin  sosial problemlərinin həllinə həssaslıqla yanaşır, onların məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına  xüsusi diqqət göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təşəbbüsu ilə salınmış  yeni şəhərciklərdə 3700  məcburi köçkün ailəsi yerləşdiriləcək. Dövlətimizin başçısı mərasimdə bildirmişdir ki, bu qəsəbələrin açılışı göstərir ki, əgər iradə varsa, siyasət düzgün aparılırsa, istənilən təşəbbüs, gözəl ideya həyata keçər.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın yeni qəsəbələrə köçürülməsi ideyasının müəllifi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev olub. Ulu Öndərin Fərmanı əsasında 1999-cu ildə Dövət Neft Fondunun vəsaitlərinin yönəldildiyi istiqamətlərdən  biri də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

 “Dövlətimizin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daimi xarakter alan diqqət və qayğısı doğma yurdlarından didərgin düşən soydaşlarımız tərəfindən yüksək qiymətləndirlir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, “Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi çox əlamətdar günə təsadüf  edir: “Azərbaycan Xalq Cümhuriyyətinin 102 illik tarixinin vərəqləndiyi gundə-Respublika Günündə keçirilən açılış mərasimi bir daha xalqımıza bu əminliyə çağırışdır ki, müstəqilliyimiz əbədi, dönməz, sarsılmaz olmaqla yanaşı, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Dövlətimizin başçısı bildirmişdir ki, kompleksin açılışının Müstəqillik Gününə təsadüf etməsi rəmzi xarakter daşıyır, yalnız müstəqillik dövründə Azərbaycan öz potensialını böyük dərəcədə inkişaf etdirə bilmişdir”.

 V.Rəhimzadə  üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı günün uzaqda olmadığını bildirib: “Ölkə Prezidenti Azərbaycanın diplomatik və  iqtisadi tərəqqisinə  uyğun artan hərbi qüdrəti  fonunda  bu əminliyi böyük inam və qətiyyətlə  ifadə etmişdir ki, beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki,  torpaqlarımızın işğaldan azad olunmasında  əsas rol oynayacaq. Bizim məqsədimiz, əsas amalımız  suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik.”.

“Möhtərəm Prezidentimiz nitqində “Nə üçün torpaqlarımız işğal altına düşdü" sualını da cavablandıraraq  Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlmək üçün  etdiyi xəyanətləri bir daha diqqətə çatdırmışdır. Bu reallıq bir daha vurğulanmışdır ki, əgər o dövrdə  ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış torpaq da düşmən tərəfındən  işğal edilə bilməzdi" söyləyən baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi inkişaf, tərəqqi yoluna çıxardı: “Bu gün müasir müstəqil Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, aparılan islahatlar, iqtisadi, sosial sahədə milli dəyərlərə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki,  bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun”.

1news.az

Paylaş:
596

Son xəbərlər

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17
Bütün xəbərlər