Noyabrın ilk ongünlüyündə ölkə ərazisində müşahidə olunan hava haqqında | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrın ilk ongünlüyündə ölkə ərazisində müşahidə olunan hava haqqında

11:50 - 10 / 11 / 2015
Noyabrın ilk ongünlüyündə ölkə ərazisində müşahidə olunan hava haqqında

Noyabrın 7-dən 10-a kimi ölkə ərazisində hava əsasən yağıntılı keçib.

Bu barədə 1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, noyabrın ilk ongünlüyündə respublika ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb.

Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında isə güclü yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi)təşkil edib.

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər