Azərbaycan şirkətinin e-gömrük üzrə həlləri altı ölkədə tətbiq oluna bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan şirkətinin e-gömrük üzrə həlləri altı ölkədə tətbiq oluna bilər

10:28 - 10 / 11 / 2015
Azərbaycan şirkətinin e-gömrük üzrə həlləri altı ölkədə tətbiq oluna bilər

Azərbaycanın SİNAM şirkətinin hazırladığı gömrük orqanlarının optimallaşdırılması üçün nəzərdə tutulmuş sistem yaxından öyrənilir.

1news.az-ın verdiyi xəbərə görə, Avropa İttifaqının Rəqəmli Bazarların Harmonizasiyası (HDM) üzrə Strateji Təşəbbüs proqramı Azərbaycanın SİNAM şirkətinin hazırladığı gömrük orqanlarının optimallaşdırılması üçün nəzərdə tutulmuş “Risklərin idarəetmə informasiya sistemi”ni yaxından öyrənir. Bu haqda Avropa İttifaqının HDM üzrə Strateji Təşəbbüsünün Azərbaycan üzrə əlaqələndiricisi Tofiq Babayev bəyan edib.

Sistemin əsas məqsədi gömrük işində risklərin idarə edilməsi üçün qərarların qəbul edilməsini təmin etməkdən ibarətdir.  Eyni zamanda sistem risklərin aşkarlanmısını, qaçaqmalçılıq hallarının qarşısının alınmasını, yüklərinfiziki yoxlanılmasının minimallaşdırılmasını, rəsmiləşdirmə xərclərinin azaldılmasını, kadr və texnika potensialının istifadəsini effektiv təşkilini nəzərdə tutur və Ümumdünya Gömrük Təşkilatının tövsiyəvə qaydalarına əsasən hazırlanıb.

Əlaqələndiricinin sözlərinə görə, təklif edilmiş həll mütəxəssislər tərəfindən qəbul edildiyi təqdirdə sözügedən sistem gələcəkdə Strateji Təşəbbüs proqramına üzv olan ölkələrdə (Gürcüstan, Moldova, Ermənistan, Belorusiya, Azərbaycan və Ukrayna) tətbiq oluna bilər.

“HDM Strateji Təşşəbüsün məqsədi yuxarıda adı çəkilən ölkələrin özəl sektorunun Avropa İttifaqı ilə biznes inteqrasiyasının dəstəklənməsidir. Yüksək texnologiyalar vasitəsilə vahid risk-menecment modelinin tətbiqi məhsullarını Avropa İttifaqı ölkələrinə ixrac edən şirkətlərin fəaliyyətini dəfələrləsadələşdirməyə imkan verəcək”, - T.Babayev vurğulayıb.

T.Babayev onu da əlavə edibki, risk-menecment modelinin hazırlanması və onun gömrükdə tətbiqi prosesi 2016-2017-ci illərdə reallaşdırıla bilər. Qəbul edilmiş modelinAzərbaycanın yerli gömrük sistemində də tətbiq edilməsi üçün tövsiyə olunacaq.

Qeyd etmək lazımdır ki, Rəqəmli Bazarların Harmonizasiyası üzrə Strateji Təşəbbüs proqramı Avropa İttifaqı tərəfindən Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın dövlət dəstəyilə həyata keçirilir. Azərbaycanın bu proqramdakı iştirakı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir.

Layihələrin bu proqram çərçivəsində təcrübi reallaşdırılmasına 2016-cı ildən başlanılacaq.

Paylaş:
1106

Son xəbərlər

Bütün xəbərlər