Mehriban Əliyeva 4 nömrəli xüsusi internat məktəbinin açılışında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva 4 nömrəli xüsusi internat məktəbinin açılışında iştirak edib – FOTO

23:36 - 23 / 11 / 2015
Mehriban Əliyeva 4 nömrəli xüsusi internat məktəbinin açılışında iştirak edib – FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidən qurulması da bu kateqoriyadan olan uşaqlara diqqətin bariz nümunəsidir.

Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəb sökülərək yenidən inşa edilib. 160 uşaq üçün nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb məntəqəsi tikilib. Musiqi, idman, müalicəvi bədən tərbiyəsi otaqları və siniflərində bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik binasının yerində sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib.

Mərkəzdə işləyən mütəxəssislərin gün ərzində uşaqlara xidmət göstərməsi, onların qidalanması və istirahəti üçün əlverişli şərait yaradılıb. İnternat məktəbdə, həmçinin dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri var.

Ən müasir avadanlıqlarla təchiz olunan məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol meydançası da yaradılıb.

1news.az

 

Paylaş:
769

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər