Evindən 1 kq-dan artıq heroin tapılan Sumqayıt sakininə hökm oxundu
Evindən narkotik maddə tapılan Sumqayıt sakininə hökm oxunub.
1news.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Rasim Qarayevin (1984-cü il təv.) CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeyd edək ki, bu il mayın 14-də Sumqayıt ş. Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında, əvvəllər məhkum olunmuş Rasim Qarayevi saxlayaraq, üzərindən 9,715 qram, yaşadığı evinə baxış zamanı isə əlavə 1,15 kiloqram heroin aşkar ediblər.
1news.az