Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı artırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı artırılıb

13:11 - 25 / 11 / 2015
Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

1news.az-ın  Trend-ə istinadən məlumatına görə, dəyişikliklə Mərkəzi Bankın Nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

Hazırda Mərkəzi Bankın Nizamnamə kapitalı 10 milyon manat təşkil edir.

Azərbaycan Mərkəzi Bankının kapitalı Nizamnamə kapitalı və kapital rezervləri hesabına formalaşır.

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər