Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

13:40 - 07 / 12 / 2015
Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

Türkiyənin Qaziantep şəhərindəki “Sanko Park Sanat” qalereyasında tanınmış rəssam Məhəmməd Əliyevin fərdi sərgisi açılıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dekabrın 17-dək davam edəcək sərgidə Qaziantep Universitetinin müəllimi olan rəssam soydaşımızın 24 yağlı boya və 17 qrafika əsəri sərgilənir.

M.Əliyev müsahibəsində deyib: “Həyatımın acılı-şirinli məqamlarını, o cümlədən Vətənimin gözəlliyini əsərlərimdə təsvir etməyə çalışıram. Xalqımızın Azərbaycanın ayrılmaz dilbər guşəsi olan Dağlıq Qarabağa tükənməz sevgisini tablolarda tərənnüm etməkdən isə xüsusi zövq alıram”.

Qeyd edək ki, 1994-cü ildə Bakıda fərdi sərgisi açılan Məhəmməd Əliyevin Qarabağ hadisələrinə, həmçinin Xocalı soyqırımına aid işləri dəfələrlə Türkiyədəki sərgilərdə nümayiş olunub.

Paylaş:
1189

Son xəbərlər

Bütün xəbərlər