Dövlət və hökumət başçıları Azərbaycan Prezindetinə başsağlığı veriblər
“Günəşli” yatağındakı neft hasilatı platformasında yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bır sıra dövlət və hökumət başçıları, habelə dövlət və ictimai xadimləri Azərbaycan Respublikasının Prezidentini İlham Əliyevə baş sağlığı veriblər.
1News.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən ölkəmizin başçısına baş sağlığını Koreya Respublikasının Prezidenti Pak Kin He, Ukraynanın Prezidenti Pyotr Poroşenko və Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas veriblər.
1news.az
821