Türkiyə İraqdakı hərbi kontingentinin bir hissəsini geri çəkməyə başlayıb
Türkiyə İraqın Mosul şəhəri yaxınlığındakı Başika düşərgəsindəki hərbi kontingentinin bir hissəsini geri çəkməyə başlayıb.
1news.az haberler.com-a istinadən bu barədə məlumat yayıb.
“İraqın Başika bölgəsindəki Türkiyə hərbi kontingentinin bir qismi ölkənin şimalına göndərilib”, - deyə agentliyin xəbərində bildirilir.
Xatırladaq ki, Türkiyənin ötən həftə Başika təlim düşərgəsinə yeni qüvvə göndərməsi İraq mərkəzi hökumətinin sərt etirazına səbəb olub. İraqhökuməti bu məsələnin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. İraqın müraciəti BMT TŞ-nin daimi üzvü Rusiya tərəfindən də dəstəklənib.
Türkiyə hökuməti Başika düşərgəsində türk hərbçiləri tərəfindən yerli ərəb və kürd qüvvələrinə İŞİD-ə qarşı döyüşmək üçün hərbi təlim verildiyini bildirir.
Qeyd edək ki, İraqın ikinci böyük şəhəri olan Mosul hazırda İŞİD-in nəzarətindədir.
1news.az