Paşinyan ABŞ-yə yola düşüb – BMT-də çıxış edəcək | 1news.az | Xəbərlər
Dünya

Paşinyan ABŞ-yə yola düşüb – BMT-də çıxış edəcək

First News Media09:59 - Bu gün
Paşinyan ABŞ-yə yola düşüb – BMT-də çıxış edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

1news.az xəbər verir ki, Paşinyan səfərlə bağlı videomüraciətini sosial şəbəkə hesabında paylaşıb.

“Biz BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka uçuruq”, - deyə baş nazir bildirib.

Paşinyanın mətbuat katibi Melaniya Arutyunyanın sözlərinə görə, baş nazir sentyabrın 22-dən 25-dək ABŞ-də işgüzar səfərdə olacaq.

Səfər çərçivəsində Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək.

Bundan əlavə, Ermənistan hökumətinin başçısının BMT-nin Baş katibi Antonio Quterreş və digər xarici tərəfdaşlarla görüşləri nəzərdə tutulub.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər