Cavanşir Zeynallıya Prezidentinin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Cavanşir Zeynallıya Prezidentinin fərdi təqaüdü verilib

20:59 - 21 / 12 / 2015
Cavanşir Zeynallıya Prezidentinin fərdi təqaüdü verilib

Azərbaycanın Prezidenti İlham Əliyev Zeynallı Cavanşir Mirzəmməd oğluna Prezidentinin fərdi təqaüdünün verilməsi haqda sərəncam imzalayıb.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

President.az

Paylaş:
1084

Son xəbərlər

Bütün xəbərlər