Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi

1news Redaksiyası16:45 - Bu gün
Afaq Yusiflinin təhsilhaqqı tam şəkildə ödənildi

Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsilə bağlı yaranmış problem bir müddət əvvəl Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülmüşdü.

1news.az xəbər verir ki, Afaq Yusiflinin təhsilhaqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdi. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsilhaqqının ödənilməsində problem yaranmışdı.

Bildiririk ki, Afaq Yusiflinin təhsil haqqının ödənilməsi tam şəkildə başa çatmış, vəsaitin qalan hissəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Kino Agentliyi tərəfindən Melburn Universitetinin hesabına köçürülmüşdür.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər