“Miss Kainat-2015”-ın tacı başqa namizədə verildi– FOTO + VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Miss Kainat-2015”-ın tacı başqa namizədə verildi– FOTO + VİDEO

10:43 - 21 / 12 / 2015
“Miss Kainat-2015”-ın tacı başqa namizədə verildi– FOTO + VİDEO

Filippin nümayəndəsi Piya Alonso Vurtsbax “Miss Kainat-2015” olub, Reuters məlumat yayıb.

1news.az xəbər verir ki, müsabiqə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilib.

Maraqlıdır ki, aparıcının səhvi ucbatından tacı əvvəlcə Kolumbiya nümayəndəsinə təqdim ediblər. Səhv barədə bir neçə dəqiqə sonra məlumat veriblər.

Qalibə tacı kolumbiyalı model “Miss Kainat-2014” Paulina Veqa təqdim edib.

Qeyd edək ki, bu tac uğrunda 80 ölkənin nümayəndəsi mübarizə aparırdı.

Paylaş:
1566

Son xəbərlər

Bütün xəbərlər