Azərbaycanda turizm fəaliyyəti üçün lisenziyalar ləğv olunub
Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.
1news.az APA-ya istinadla xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.
İndiyə qədər turizm fəaliyyəti üçün 5500 manat, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti üçün isə 1500 manat dövlət rüsumu ödənilməklə Mədəniyyət və Turizm Nazirliyindən lisenziyalar alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növü əksini tapmayıb.
1news.az