Dövlət Neft Fondu H&M ilə 32 il müddətinə müqavilə bağladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu H&M ilə 32 il müddətinə müqavilə bağladı

12:40 - 22 / 12 / 2015
Dövlət Neft Fondu H&M ilə 32 il müddətinə müqavilə bağladı

H&M geyim holdinqi Moskvanın Tversk ərazisində yerləşən “Aktyor Qalereyası”nda  5.8 min kv.m ərazini kirayə götürüb.  Bərpa işlərindən sonra burada H&M-nın univermağı açılacaq. Həmin məkanda Rusiyada o vaxta qədər təqdim olunmayan brendlərin satışı nəzərdə tutulur.

1news.az  RBK –ya istinadən xəbər verir ki, Puşkin meydanında yerləşən “Aktyor Qalereyası” kompleksinin sahibi olan Azərbaycan Respublikası Dövlət Neft Fondu kompleksin ticarət hissəsində 5.8 min kv.m ərazini 32 il ərzində  H&M şirkətinə icarəyə verib. Bu informasiya daşınmaz əmlak sahəsindəki 3 beynəlxalq konsaltinq şirkəti tərəfindən təsdiq olunub.  Şirkətlərin uzunmüddətli müqavilə imzaladığı konsaltinq şirkətinin baş direktoruna da məlumdur.

Onda olan məlumata görə “ Aktyor Qalereyası”ndakı bərpa işlərindən sonra  H&M qrupu öz aparıcı univermağını açacaq. Burada H&M mağazası, həmçinin, digər brendlər fəaliyyət göstərəcək. ARNF-nin mətbuat xidmətindən məsələ ilə bağlı sorğu cavablandırtılmayıb. “Aktyor Qalereyası”nı idarə edən    Cushman & Wakefield şirkətinin  mətbuat xidməti də məsələni şərh etməkdən imtana edib. 

Qeyd edək ki, “Aktyor Qalereyası” kompleksi 1996-cı  ildə yanğın nəticəsində məhv olan tarixi Aktyor evinin bərpasından sonra  Moskvanın mərkəzində fəaliyyət göstərən müasir biznez və ticarət mərkəzlərində ilkidir. ARDNF 2012-ci ildə 18 min kv.m ümumi sahəyə malik kompleksi paytaxtın sığorta qrupundan 133 milyon dollara alıb.  Kmpleksin ticarət hissəsi 5.8 min kv.m-dir.

“Aktyor Qalereyası”  Moskvanın ən yaxşı ticarət binalarından biridir. Hazırda  bu ticarət mərkəzində Mercury, Rolex, Swarowski, Bvlgari, Tag Heuer, Emporio Lux и Bottega Fiorentina , həmçinin kütləvi Levi's, Swatch, “Əlcək”, “Vəhşi arxideya” kimi brendlər alıcılara təqdim olunur.

Qeyd edək ki, İsteç  geyim brendi olan Hennes & Mauritz AB şirkəti şəbəkəsinə COS, & Other Stories, Cheap Mondey, Monki kimi səbəkələri də daxildir. Bu satış şəbəkəsinin əsas sahibi isveç milyarder Stefan Perssondur.

Paylaş:
1276

Son xəbərlər

Bütün xəbərlər