Azərbaycan, Gürcüstan və İran arasında tranzit yüklərin daşınmasına dair razılıq əldə olunub
İranda Qara dənizdən tranzit yüklərin Azərbaycandan keçməklə Fars körfəsinə çatdırılması ilə bağlı müzakirələr aparılıb.
Bu barədə 1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Təbriz şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan Dəmir Yolları SC-nin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçiriblər.
Görüşüdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə çatdırılması perspektivləri müzakirə olunub.
İranın getdikcə artan ticarət dövriyyəsi, qeyd olunan nəqliyyat dəhlizin daha əlverişli olması da görüşün əsas müzakirə olunan mövzularından olub.
İclasın yekununda dəmir yolların rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən protokolu imzalayıblar.
1news.az