Azərbaycanda Mercedes-Benz-in rəsmi dileri ehtiyat hissələri və servis xidmətinin qiymətində dəyişiklik etməyib
Mercedes-Benz brendinin Azərbaycanda minik avtomobilləri üzrə yeganə rəsmi dileri olan AutoStar Kaukasus Şirkəti qiymətlərdə ilin sonunadək heç bir dəyişiklik baş verməyəcəyini bildirib.
1news.az-a AutoStar Kaukasus Şirkətindən bildirilib ki, manatın devalvasiyasına baxmayaraq, Şirkətin anbarında mövcud olan ehtiyyat hissələrinin, eləcə də işçilik haqqlarının qiymətlərində ilin sonunadək heç bir dəyişiklik baş verməyəcək.
Manatın devalmasiyası baş verdikdən sonra sifariş olunan və ya gətirilən avtomobil və ehtiyyat hissələrinin qiyməti isə avronun manata qarşı məzənnəsinə uyğun olaraq hesablanacaq.
Xatırladaq ki, 21 dekabrda AMB-nin üzən məzənnə rejiminə keçid elan etməsi dolların kursunun kəskin artmasına səbəb olub.