Bank of Baku-dan Yeni ilə özəl kampaniya: manat kreditlərinə 3%-dək endirim | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan Yeni ilə özəl kampaniya: manat kreditlərinə 3%-dək endirim

17:13 - 24 / 12 / 2015
Bank of Baku-dan Yeni ilə özəl kampaniya: manat kreditlərinə 3%-dək endirim

Manatla kreditləşməni davam etdirən Bank of Baku, yeni il ərəfəsində müştərilərinə bayram hədiyyəsi olaraq nağd pul kreditlərinə 3%-dək endirim tətbiq edir.

Endirim kampaniyasından 30 dekabr 2015-ci il tarixinədək Banka nağd pul krediti üçün müraciət edən müştərilər faydalana biləcəklər. Kredit manatla dövlət və özəl müəssisələrində çalışan şəxslərə, həmçinin bankın təkrar müştərilərinə 5000-dək məbləğdə 12 ay müddətinə verilir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan iş yerindən arayışı müştərilər bankdan ayrılmadan Elektron Hökumət xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

Bank of Baku-nun təqdim etdiyi digər kredit məhsulları haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Paylaş:
1212

Son xəbərlər

Bütün xəbərlər