ABŞ 2016-cı ilin ilk ayından etibarən neft ixracını bərpa edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ 2016-cı ilin ilk ayından etibarən neft ixracını bərpa edəcək

10:00 - 24 / 12 / 2015
ABŞ 2016-cı ilin ilk ayından etibarən neft ixracını bərpa edəcək

Neft ixracına qoyulmuş 40 illik qadağanın ləğvindən sonra  “Enterprise Products Partners” şirkəti 2016-cı ilin yanvarında ABŞ neftini dünya bazarına çıxaracaq.

1news.az  xəbər verir ki, yeni ilin ilk həftəsində Xyuston terminalından 600 min barel neft yüklənəcək. Bu haqda “The Wall Street Journal” qəzetində məlumat verilib.

ABŞ neftinin ilk partiyasını Niderlandın “Vitol Group” şirkəti əldə edəcək. Neft əvvəl İsveçrədə yerləşən, Şimali Avropanı dizel və digər növ yanacaqlarla təchiz edən neft emalı zavoduna çatdırılacaq. Bildirilir ki, yeni tədarük ediləcək ABŞ nefti Səudiyyə Ərəbistanı, Rusiya və İran nefti ilə rəqabət aparmağa qadirdir. 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb. Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.

ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt  Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.

Paylaş:
934

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər