Milli Məclisdə dollarla olan kreditlərin köhnə məzənnə ilə ödənilməsi təklif olunub
“Azərbaycan hökuməti Mərkəzi Bank tərəfindən manatın üzən məzənnə reminə keçilməsi qərarından əvvəl müəyyən olunmuş kurs üzrə 10 min manata qədər kredit borcu olan vətəndaşların öz borcunu ödəməsi üçün müvafiq addımlar atmalıdır.
1news.az xəbər verir ki, bu haqda MM-nin sonuncu payız sessiyasının zamanı deputat Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə milli valyuta kursunun kəskin enməsi çəmiyyətdə gərginlik yaradıb. “Əhalinin bütün bank hesablarını sığortalamaq və yatırılmalara 3 illik moratorium tətbiq etmək lazımdır”-dəyə V.Əhmədov bildirib.
O, həmçinin, bankları birləşdirməyi təklif edib. Devalvasiyadan sonra bank bazarında problemlər yarana bilər. Hökümət bununla əlaqədar tədbir görməlidir. Əhalini tədbirli olmağa çağırıram. Ölkəmiz ilk dəfə deyil ki, çətinliklə üzləşir”- V.Əhmədov söyləyib.
Deputat Fazil Mustafa qeyd edib ki, manatın üzən məzənnəyə keçməsi ilə “əhali 50 faiz kasıblaşdı”.
“İnsanlara bu vəziyyətdə nə etməsi gərəkdiyi izah olunmalıdır. Xərclərin ixtisar olunması yuxarı instansiyalardan, yəni, dövlət strukturundan başlamalıdır”- deyə F.Mustafa bildirib.
“Artıq dövlət strukturlarından xilas olmaqla dövlətin yükünü azaltmaq” təklifi deputat Zahid Oruc tərəfindən təqdim olunub. Onun sözlərinə görə bu sahədə islahatların aparılması mütləqdir.
“Bununla əlaqədar müvafiq addımlar atılır. Yaxın zamanlarda bu ictimaiyyətə açıqlanacaq. Prezident İlham Əliyen hökumətə ciddi tapşırıqlar verib”- deyən spiker Oqtay Əsədov qeyd edib ki, hazırda müvafiq fəaliyyət planı hazırlanır.
Deputat Qüdrət Həsənquliyev “Naxçıvan Bankı”nı nümunə göstərərək bildirib ki, həmin bank 370 müştərisinə dəstək olaraq, onların kredit borclarını köhnə məzənnə ilə ödəməsinə imkan yaratdı.
“Bizim ölkədə 42 bank fəaliyyət göstərir. Mərkəzi Bank həmin banklara “Naxçıvan Bank” nümunəsinə əməl etməyi tövsiyə edərsə bu gərginliyi aradan qaldırar”- deyə Q.Həsənquliyev söyləyib.
Bununla yanaşı o, AMB-nin sərdi Elman Rüstəmovun mövqeyini tənqid edərək onu “Xalq cəbhəsinin kadrı” adlandırıb. “Nə üçünsə hökumət hələ də onu vəzifədə saxlayır”- Q.Həsənquliyev deyib.
Cavab olaraq spiker Oqtay Əsədov şəxsi müstəviyə keçməməyi depuatatdan xahiş edib. “Əgər bir şəxs Xalq cəbhəsi zamanında vəzifədə olubsa, o demək deyil ki, onunla işləmək olmaz. Bu doğru yanaşma deyil”- deyə spiker bildirib.
Biz bank sisteminə inamı geri qaytarmalıyıq. Bunun üçün ciddi işlər görülür. Təcili addımlar atmaq vaxtıdır”- deyə, O.Əsədov qeyd edib.
1news.az