«Qalatasaray»ın azərbaycanlı iş adamı qarət olundu
“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Bəxtiyar Muradov soyulub.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, azərbaycanlı iş adamı “Qalatasaray”a məxsus pulları oğurladıb.
Hadisə Antalya şəhərində baş verib. Muradov sahibi olduğu restoranda yemək yeyərkən özü ilə gəzdirdiyi çantanı oğurlayıblar. Həmin çantanın içində isə “Qalatasaray Store”nin iki günlük gəliri və zinət əşyaları olub. Oğurluq hadisəsi restoranın kameralarına da düşüb.
Muradov çantada “Qalatasaray Store”yə məxsus 10 min türk lirəsi və 20 min lirəlik qızıl olduğunu bildirib:
“Çantanı stolun üstünə qoydum və yemək almaq üçün aşpazın yanına getdim. 30-40 saniyə sonra qayıdanda gördüm ki, çanta yoxdu. İş yerində də axtardıq, amma tapa bilmədik. Əvvəl elə bildim ki, özümlə gətirməmişəm. Amma çantanın oğurlandığını kamera görüntülərindən sonra bildik. Pulla yanaşı, “noutbuk”um və “hard disk”im də getdi. Onların içində kluba məxsus önəmli sənədlər var idi. Heç olmasa, bunları qaytarsınlar”.
Artıq hadisə ilə bağlı polisə şikayət edən azərbaycanlı iş adamı oğruların tezliklə yaxalanmasını istəyib.
Qeyd edək ki, Bəxtiyar Muradova məxsus həmin restoranın açılışında Kemal Kılıçdaroğlu, Deniz Baykal kimi siyasətçilərlə yanaşı, “Antalyaspor”un prezidenti Gültekin Gencer, “Qalatasaray” və “Beşiktaş”lı futbolçular, bələdiyyə sədrləri və çox sayda məşhur simalar iştirak etmişdilər.
1news.az