Mingəçevirdə silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə silah-sursat tapılıb

17:15 - 07 / 01 / 2016
Mingəçevirdə silah-sursat tapılıb

Mingəçevir şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən 2 ədəd küstar üsulla hazırlanmış tapança, 2 ədəd qumbara, 57 ədəd müxtəlif çaplı patron, 2 ədəd alışdırıcı,  1 ədəd patron darağı və mexaniki elektrik ötürücüsü tapılıb.

1news.az

 

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər