“Bursaspor” klubunun yeni stadionunun adı “Azərbaycan Arena” ola bilər
Türkiyənin “Bursaspor” klubunun yeni stadionunun adı “Azərbaycan Arena” ola bilər.
1news.az-ın Türkiyənin sporx.com saytına istinadən verdiyi xəbərə görə, bunu klub prezidenti postuna namizədlərdən olan Timur Noyan dünən keçirdiyi mətbuat konfransında deyib.
“Klubun çətin durumda olduğunu hər kəs bilir. Vəziyyətdən çıxış üçün planlarımız var. Klubun idarə heyətinə əsl peşəkarlar gətirilməlidir.
Eyni zamanda klubun stadionunun adını da dəyişdirməyi düşünürük. Yeni stadionun adı “Azərbaycan Arena” ola bilər”- deyə, T.Noyan bildirib.
Qeyd edək ki, “Bursaspor”da prezident seçkiləri yanvarın 11-19-u aralığında keçiriləcək. Ötən ayın 21-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan tərəfindən açılışı edilən arena 45 min tamaşaçı tutumuna malikdi.
1news.az