SOCAR “Qaradağ” yatağında yeni qaz quyusunu istismara verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR “Qaradağ” yatağında yeni qaz quyusunu istismara verib

11:11 - 07 / 01 / 2016
SOCAR “Qaradağ” yatağında yeni qaz quyusunu istismara verib

“Qaradağ” yatağındakı 485 nömrəli quyu qazmadan sonra istismara verilib.

1news.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, quyudakı istismar işləri “Azneft” İB-nin Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

 Məhsuldar qat çöküntülərinin VIII horizontuna qazılmış quyu 3200-3180 metr dərinlik intervalından hazırda sutkada orta hesabla 55 min kubmetr qaz hasilatı ilə işləyir.

Qeyd edək ki, “Qaradağ” qaz yatağı 1986-cı ildən etibarən yeraltı qaz saxlancı kimi istifadə olunur.

Xatırladaq ki, hazırda Azərbaycanda 2 yeraltı qaz saxlancı – “ Qaradağ” və “Kalmaz”  fəaliyyət göstərir.

Paylaş:
1559

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər