Azərbaycan neftinin qiyməti 128 dolları keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 128 dolları keçib

1news Redaksiyası09:36 - 16 / 09 / 2026
Azərbaycan neftinin qiyməti 128 dolları keçib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,74 dollar artaraq 128,03 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,02 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər