Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını sabit saxlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını sabit saxlayıb

First News Media16:02 - Bu gün
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını sabit saxlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,2 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eyni göstəricidir.

Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 10,2 % artaraq 435 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 78,6 % artaraq 386,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində 29,1 % artaraq 284,4 milyon ABŞ dolları olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər